Mehriban Əliyeva Lamiyəni belə təbrik etdi - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paraatlet Lamiyə Vəliyevanı “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.
Redaktor.az xəbər verir ki, o, bu barədə özünün instaqram hesabında yazıb.
“Ura! Növbəti qələbəmiz!
Dördqat dünya çempionu Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm”, - paylaşımda qeyd olunub.
