Ölkənin iki böyük şirkəti arasında müqavilə İMZALANDI

Cənubi Qafqazın ən böyük alkoqollu və alkoqolsuz içki istehsalçılarından biri olan “AZGRANATA” MMC və “AVRORA” MMC arasında yeni distribusiya müqviləsi imzalanıb.
Redaktor.az xəbər verir ki, müqaviləyə əsasən “AZGRANATA” MMC-də yerli bazar üçün istehsal edilən məhsulların satışını “AVRORA” MMC- həyata keçirəcəkdir.
“AVRORA” MMC-ölkənin ən böyük istehsal və distribyutor fəaliyyəti ilə tanınan şirkətlərindən biridir. Şirkət spirtli və qazlı içkilər, ət, süd, un və qənnadı məhsulların distribyutorudur. Azərbaycanın 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.