Cənubi Afrikada yeni virus yayılır - 142 nəfərə diaqnoz qoyuldu

 22:43 05.09.2024     224

Cənubi Afrika Respublikasının şimal-şərqində yerləşən Limpopo əyalətində “şistosomiaz” epidemiyasının yayıldığı bildirilib.

Redaktor.az xəbər verir ki, rəsmilər xəstəliyin 142 ibtidai sinif şagirdində görüldüyünü qeyd edib.

Mütəxəssislər sözlərinə görə, adətən çirklənmiş su mənbələrindən keçən "şistosomiaz" daha çox Afrika və Cənubi Amerika ölkələrində müşahidə olunur.

Limpopo əyalət hökuməti Tzaneen şəhərindəki İbtidai məktəbdə 142 şagirdib sidik yolları və bağırsaqlarına təsir edən "şistosomiaz" diaqnozu qoyulduğunu açıqladı.

Rəsmilər hökumətinin səhiyyə departamentinin ərazidəki su mənbələrini sınaqdan keçirmək üçün işə başladığını bildirib. 

Seymur BƏNNAYEV