Yol qəzası Mərdəkan şosesi istiqamətində sıxlığa səbəb OLDU

Xəzər rayonu, Aeroport şosesi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanın yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb.