Mehriban Əliyeva Raman Saleyi belə təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraüzgüçüsü Raman Saleyi (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması münasibətilə təbrik edib.
Redaktor.az xəbər verir ki, M.Əliyeva bu barədə özünün sosial şəbəkə hesablarında paylaşım edib.
"Raman Saleyin “Paris-2024” Yay Paralimpiya Oyunlarında 3-cü medalı! Bürünc mükafatçını təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərimizə təşəkkür edirəm! Hər bir idmançıya möhkəm cansağlığı, güc və yeni nailiyyətlər arzulayıram!", - deyə birinci vitse-prezident yazıb.
T.İSMAYIL
