Qəbələdə ətraf mühiti çirkləndirənlər CƏZALANDIRILDI

 12:25 08.09.2024     336

Qəbələdə ətraf mühitin mühafizəsi və sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı vətəndaşlara məişət tullantılarının və tütün məmulatlarının urnalardan kənar yerlərə atılması, tullantıların qalaqlanması, eləcə də istirahət mərkəzlərinin zibillənməsi hallarına yol verilməməsi barədə xəbərdarlıq edilib. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həmçinin, şəhərin bir neçə küçə və prospektində məişət tullantılarının qalaqlanması aşkar edilib ki, polisin müşayiəti ilə həmin ərazilərdəki antisanitar vəziyyət aidiyyəti qurumun əməkdaşları tərəfindən aradan qaldırılıb.

Bu istiqamətdə tədbirlər mütəmadi davam etdirilir.