Azərbaycanda dövlət əmlaklarının qiymətləri tənzimlənməyəcək - QƏRAR
Nazirlər Kabineti 28 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra dövlətə məxsus daşınmaz və daşınan əmlakların qiymətləri tənzimlənməyəcək.