Sərnişin metronun gecikməsinə SƏBƏB OLDU

 09:11 10.09.2024     240

""Qara Qarayev" stansiyasında sərnişin vaqon qapısının qəza açıb-bağlama kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb. Bunun nəticəsində Yaşıl və Qırmızı xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb". 

Bu barədə Redaktor.az-a "Bakı Metropoliteninin" mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə "Nərimanov" stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib.