Prezident onlara "Şöhrət" ordeni verdi - SƏRƏNCAM

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Redaktor.az xəbər verir ki, ölkə başçısı Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan paraatletlər Lamiyə Vəliyeva və Orxan Aslanovu “Şöhrət” ordeni ilə təltif edib.