Fatma Səttarova II Fəxri xiyabanda dəfn OLUNDU

 14:05 14.09.2024     317

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, Fatma Səttarovanın nəşi II Fəxri xiyabanda dəfn olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib. Əklil məzarın üstünə qoyulub.

Qeyd edək ki, 102 yaşlı Fatma Səttarova bu gün vəfat edib.