Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

 14:10 14.09.2024     458

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib.

Redaktor.az xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub.

Qeyd edək ki, F.Səttarova bu gün vəfat edib və II Fəxri xiyabanda torpağa tapşırılıb.