Sentyabrın 16-dan Bakı-Sumqayıt qatar reyslərinin sayı ARTIRILIR

 23:45 15.09.2024     430

Yeni tədris ilinin başlaması ilə əlaqədar sabahdan Bakı və Sumqayıt şəhərləri arasında qatar reyslərinin sayı artırılır.

Bu barədə Redaktor.az-a ADY-nin mətbuat xidmətindən məlumat verilib.

Yeni cədvələ əsasən, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-dək, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə 36-dan 42-dək artırılacaq.