Bakı-Sumqayıt yolu iflic OLDU

Bu gün səhər saatlarından Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb.
Redaktor.az xəbər verir ki, yeni dərs ilinin başlamasından sonra yolda avtomobillərin sayı kəskin artıb.
Bakı-Sumqayıt yolunda hərəkət demək olar ki, iflic olub. Fürsətdən sui-istifadə edən "manatlıq" taksilər də qiyməti qaldırıb 2 manat ediblər. Artıq dünəndən bu yolda dəhşətli sıxlıq müşahidə olunur.
Vasif