İşğaldan azad edilmiş ərazilərdəki torpaqlar necə paylanacaq? - VİDEO
Qarabağda olan torpaqların sahiblərinə və mülkiyyətçilərə verilməsi zəruridir. Kənd təsərrüfatnın inkişafı üçün işğaldan azad edilmiş ərazilərdə əkin biçin aparılması zəruridir.
Redaktor.az xəbər verir ki, bu sözləri VI çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, həmin ərazilər böyük kənd təssərüfatı potensialna malikdir. Bölünən torpaqlar isə müəyyən katoqoriyalar əsasında olacaq.
Tahir Rzayev deyir ki, hazırda bəzi ərazilərin minalı olması işi ləngidir. Ancaq ərazilər tam olaraq vətəndaşlara təhvil verildikdən sonra kənd təsərrüfatı işləri daha da genişlənəcək.
Artıq bir sıra kəndlərə köç olduğundan sakinlər onlara verilən ərazilərdə heyvandarlıq və əkinçiliklə məşğul olurlar.