Baş Prokurorluqda vakant vəzifələrin tutulması üçün müsahibə elan EDİLDİ

 14:48 17.09.2024     1916

Azərbaycan Respublikasının Baş Prokurorluğunda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Müsahibədə iştirak etmək istəyən namizədlər 15 oktyabr 2024-cü il saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshVezElanDetails?ElanID=550&TeshKodu=121&VakKodu=141386 məlumat əldə etmək olar.