"Kim nəyi necə istəyirsə, elə də sata bilər" - Eyyub Hüseynov

Bəzi ölkələrin marketlərində tamamilə pulsuz şəkildə əhaliyə təqdim olunan paketlənmiş buzun Azərbaycandakı qiyməti təəccüb yaradıb. Belə ki, marketlərdə satılan paketlənmiş buzun 1 kiloqramı 3 manatdan bahadır.
Bir çox vətəndaş bildirib ki, suyun qiyməti qat-qat ucuzdur. Əgər buz da suyun dondurulmuş halıdırsa, qiymətlərin yüksək olması nədən qaynaqlanır?
Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Redaktor.az-a açıqlamasında bildirdi ki, burada təəccüblü heç bir şey yoxdur:
"Azad bazar iqtisadiyyatı olduğu üçün kim nəyi necə istəyirsə, elə də sata bilər. Bir şərtlə ki, vətəndaşa kassa çeki verilsin və dövlətə vergi ödəsin".
Sevinc İBRAHİMZADƏ
