"Bizim Bostan"ın içərisindən tarakan çıxdı - AÇIQLAMA - VİDEO
Sosial şəbəkələrdə "Bizim Bostan" yaşıl noxud konservasında tarakanın olduğu görüntülər yayılıb. Belə olduğu halda kim buna cavabdehdir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan qida mütəxəssisi İlkin Şirinov bildirdi ki, məsuliyyəti istehsalçı şirkət daşıyır.
"Çünki məhsulların mağazaya çatdırılmasına qədər bütün məsuliyyət istehsalçı şirkətin və çatdırılma şirkətinin üzərinə düşür. Yəni məhsulun qablaşdırılmasında, istehsalında nəzarətsizlik olarsa, artıq belə bir məsələlərin belə baş vermə halı qaçılmazdır. Burdan elə nəticəyə gəlmək olur ki, birbaşa qablaşdıran şirkətdə məsuliyyətsizlik olub ki, bu belə bir görüntü ortaya çıxıb".
Mütəxəssisin sözlərinə görə, qablaşdırmaların ağız hissəsində xüsusi materailda örtük olmalıdır:
"Qablaşdırılma zamanı konservant məhsullarda içərisinə hər hansısa bir hava keçməsinin qarşısını almaq üçün qapaqla şüşə qabı birləşdirən xüsusi bərk materialdan istifadə edilməlidir. Bu həm də müştərilərin məhsulun içərisinə müdaxilə etməsinin qarşısını alır. O zaman kağız olmaz ki, kəsilsin və açılsın. Beləliklə elə nəticəyə gəlmək olur ki, burada məhsula sonradan müdaxilə etmək məqsədi güdülə bilər".
Türkan İSGƏNDƏRLİ