Bu istiqamətdə əlavə qatar reysi təyin edildi - CƏDVƏL

 12:41 18.09.2024     245

Azərbaycan Dəmir Yolları (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 21 və 22 sentyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

ADY-dən Redaktor.az-a verilən məlumata görə, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarı ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.