Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Bu gün saat 17:00-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Qrız, Quba, Laza (Qusar), Şəki, Xaltan, Qax, Göygöl, Şahdağ, Biləsuvarda arabir yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, bəzi yerlərdə leysan xarakterli olub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 27, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.