Antiterror əməliyyatında şəhid olan hərbçilərimiz ziyarət olundu - FOTO

 09:58 19.09.2024     122

2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub.

Redaktor.az xəbər verir ki, şəhidlərin yaxınları, ictimaiyyət və dövlət nümayəndələri lI Fəxri xiyabanına gələrək burada dəfn olunan şəhidlərin məzarları ziyarət edib, önünə əklil və gül dəstələri qoyub, xatirələrini yad ediblər.

Xatırladaq ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatlarından sonra bölgə separatçı terrorçulardan təmizlənib (apa.az).

 

22