20 Sentyabr iş günü olacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı qafqazinfo.az-a açıqlama verən Nazirlər Kabinetinin (NK) Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, 20 Sentyabr hələlik iş günüdür:
“Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, iş günü hesab olunur. Əmək Məcəlləsində dəyişikliyi isə Milli Məclis edir”.