Bakıda bu yolda hərəkət məhdudlaşdırılır: Sürücülərin DİQQƏTİNƏ

 17:36 19.09.2024     101

Bakıda daha bir küçədə təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. 

Redaktor.az xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. 

Sentyabr 21-də saat 21:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.  

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.