"Bakıda nəfəs almaq olmur, paytaxtı Gəncəyə köçürmək lazımdır" - Rəşid Mahmudov

 14:14 20.09.2024     539

Paytaxtın köçürülməsi məsələsi yenidən gündəmə gəlib. Bir çoxları coğrafi mövqeyin, infrastrukturun, əhali sıxlığının Bakını yaşanılacaq şəhərlər sırasından çıxardığı qənaətindədirlər.

Bəs paytaxt üçün hansı şəhər əlverişlidir?

Bu barədə tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov Redaktor.az-a fikirlərini bölüşdü.

O bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyini Qarabağa - Ağdama köçürmək lazımdır:

"Bir-iki universitetin burada qalması yaxşıdır, amma qalanlarının hamısı köçürülməlidir. Onları Gəncəyə, Lənkərana köçürmək olar. Bakıda nəfəs almaq olmur, maşın əlindən, insanlar cəhətdən çox sıxlıqdır. Paytaxt kimi Gəncə daha münasibdir. Suyu, havası təmizdir. Müəyyən qədər şəhər quruluşu var, sahəsi böyükdür, orada xeyli bina tikmək olar".

Sevinc İBRAHİMZADƏ