Bakıda daha bir küçədə hərəkət MƏHDUDLAŞDIRILIR
Sabahdan Bakının Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Redaktor.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir.
Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.