Azərbaycan-Türkiyə Media Platformasında növbəti görüş keçirildi - FOTO

 14:36 21.09.2024     504

Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə Türkiyənin Azərbaycandakı Səfirliyinin və Türkiyə Diyanət Vəqfinin təşəbbüsü ilə bir qrup jurnalist Səfirliyin Dini İşlər üzrə Müşavirliyində səhər yeməyinə dəvət olunub.

Səmimi ortamda keçən görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşaviri Alptekin Cihangir İşbilir jurnalistləri salamlayaraq, bu görüşün əhəmiyyətini qeyd edib. Bildirilib ki, oktyabr ayında Bakıda qardaş ölkə jurnalistlərindən ibarət futbol komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.

Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık isə jurnalistlərə yanlış xəbərlərin dini baxımdan da doğru olmadığını, bunun hətta qardaş davasına çevrilməsindən danışıb. İhsan Açıkın çıxışı media nümayəndələrinin marağına səbəb olub, alqışlarla qarşılanıb.

Sonda Müşavirlik tərəfindən jurnalistlərə müqəddəs "Quran"ın Azərbaycan dilinə tərcümə nüsxəsi hədiyyə olunub. Daha sonra xatirə şəkli çəkilib.

Redaktor.az

 

22222222