Abşeron dairəvi dəmir yolu xəttində ləğv edilmiş reyslər bərpa OLUNUR

Abşeron dairəvi dəmir yolu xəttində ləğv edilmiş reyslər bərpa olunur.
Redaktor.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təmir işləri ilə əlaqədar olaraq 6 reys ləğv edilmişdi:
"16 sentyabrdan ləğv edilmiş reyslərin 4-ü bərpa edilib. İki reys ilin sonuna qədər bərpa ediləcək".