"Cəbrayıla 100-ə yaxın ailənin köçürülməsi planlaşdırılır" - Deputat

 16:52 26.09.2024     499

31 illik həsrət sona çatdı. 36 ailə – 117 nəfər Cəbrayıl şəhərinə, öz doğma yurdlarına köçürüldü. Bəli, artıq Cəbrayıla köç başladı. Vətən müharibəsindən sonra şəhərdə yenidənqurma və abadlıq işləri aparılır. Bunlarla yanaşı, sakinlərin sosial rifahını yaxşılaşdırmaq üçün iş yerləri də yaradılır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, 100-ə yaxın ailənin şəhərə köçürülməsi planlaşdırılır.

"Uzun müddətdir Cəbrayılda quruculuq bərpa işləri həyata keçirilirdi. 33 binada hazırda iş gedir və binaların bir hissəsi demək olar ki, hazırdır. Artıq birinci köç baş tutdu. Çox sevindiricidir ki, bu gün cəbrayıllılar da öz doğma yurdlarına köçürülür. 100-ə yaxın ailənin köçürülməsi planlaşdırılır və artıq yaxın vaxtlarda doğma Cəbrayıla köçərək orada yaşayacaqlar. Bu istiqamətdə hazırda ciddi işlər görülür, addımlar atılır. Biz deyə bilərik ki, bu gün Cəbrayıl yeni bir dövrə, yeni mərhələyə qədəm qoyur".

Rektor Ceyhun Məmmədov: Dini terminlər lüğəti üzərində çalışırıq / Xəbərlər  / Xəbərlər / Azərbaycan İlahiyyat İnstitutu

Millət vəkilinin sözlərinə görə, Cəbrayıl sakinlərinin işlə təmin olunması üçün müəssisələr açılıb.

"Cəbrayılda bir sıra iş yerləri və müəssisələr var. İqtisadi zona baxımından, orada xeyli işlər görülür. İşıq, elektrik stansiyası, polis idarəsi artıq hazırdır, xəstəxana tikilir. Bu strukturlar orada öz fəaliyyətlərini uğurla davam etdirirlər. Yəni dövlət qurumlarının fəaliyyəti üçün şərait yaradılıb, digər strukturlar da çalışırlar. Hesab edirəm ki, bu gün insanların orada məskunlaşması üçün hər cür şərait var. Bu, dövlətimizin növbəti uğuru, qələbəsidir və biz bir yerdə bu uğura nail olmuşuq".

Elə Cəbrayıldan olan yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli də fikirlərini bizimlə bölüşərək, sevincinin həddi-hüdudunun olmadığını, özünün də doğma kəndində yaşamaq istədiyini dedi.

Elçin Hüseynbəylinin Qarabağ hekayələri

"Təkcə Cəbrayıl yox, ümumiyyətlə işğaldan azad olunmuş bütün torpaqlarımıza qayıdış bizim üçün çox sevindiricidir. Sözün həqiqi mənasında bu günü çox gözləmişik. Bunun davamı gələcək, təkcə Cəbrayılın özünə yox, kəndlərə də köç olacaq, bizim kənd də tikilir. Yenidən qohum-əqrəba, qonşu, dostlar bir yerdə olacaq, görüşəcəyik. Cəbrayıl işğal altında olanda da biz çox çalışmışıq ki, xalqımızın ağrısını, əziyyətini öz yazılarımızla yüngülləşdirək. Mən özüm də elə öz kəndimizə getmək istəyirəm. Adamın öz yurdu olmağı çox vacibdir. Ölkə bizim vətənimizdir, ancaq ana yurdumuz Cəbrayıldır".

Türkan İSGƏNDƏRLİ