İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur

 09:00 27.09.2024     93

Azərbaycan Ordusunun Qarabağı azad etdiyi 44 günlük Vətən Müharibəsinin dördüncü ildönümü ilə əlaqədar İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur.

Redaktor.az xəbər verir ki, şəhidlərin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri, eləcə də şəhər sakinləri xiyabana gələrək onların xatirəsini hörmətlə yad edir, məzarları önünə gül və əklil qoyurlar.

Qeyd edək ki, 2020-cil ilin 27 sentyabr tarixində başlayan Vətən Müharibəsi ilə 44 gün ərzində Azərbaycanın Qarabağ bölgəsi işğaldan azad olunub.