Deputat Afət Həsənova şəhidlərin məzarını ziyarət etdi - FOTO

 10:05 27.09.2024     131

Bu gün 44 günlük Vətən müharibəsininin dördüncü ildönümüdür. Bununla bağlı şəhidlərin məzarları ziyarət olunur.

Redaktor.az xəbər verir ki, ziyarətçilər arasında millət vəkilləri, siyasətçilər də var.

Onlardan biri də Milli Məclisin deputatı Afət Həsənovadır. O, şəhidlərimizin məzarını ziyarət edib, gül dəstələri düzüb, onların əziz xatirəsini ehtiramla yad edib.

Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib.

Türkan İSGƏNDƏRLİ

222222222