"Yanğın boya çənləri və plastik qablarda baş verib" - FHN

 15:33 27.09.2024     95

Xətai rayonunda obyektdə yanğın boya sexində boya çənləri, qatqı maddələri və plastik qablarda baş verib.

Redaktor.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev deyib.

O bildirib ki, saat 13:32-də FHN-in 112 telefon qaynar xəttinə Bakının Xətai rayonun Süleyman Əhmədov küçəsində boya sexində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidməti, eləcə də Xüsusi Xilasetmə Qüvvələri cəlb olunub. Yanğın təxmini 3500 m² ərazidə boya çənləri, qatqı maddələri, həmçinin plastik qablarda yanğın hadisəsi baş verib. Yanğın qısa zamanda məhdudlaşdırılıb. Hadisə yerinə 12 yanğın avtomobili cəlb olunub."