Bakıda tozlu hava neçə gün davam edəcək? - Açıqlama

 12:40 28.09.2024     276

Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu ərazilərdə tozlu hava şəraiti müşahidə olunur.

Redaktor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasovanın verdiyi açıqlamaya görə, hazırda havada tozun miqdarı normadan 1.4 - 1.6 dəfə artıqdır:

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və şimal-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə daxil olub”.

G.Abbasova qeyd edib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.