Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşdi

 16:23 28.09.2024     231

Azərbaycanda torpaqların məqsədli təyinatının dəyişdirilməsi üçün 2 əsas müəyyən edilib.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”da öz əksini tapıb.

Həmin əsaslar aşağıdakılardır:

- ərazi planlaşdırılması ilə bağlı hallar;

- torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla və kənd təsərrüfatı yerlərindən daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla, torpaqlardan məqsədli təyinatına uyğun istifadə istiqamətinin dəyişdirilməsi zərurəti ilə bağlı yaranan hallar (əkin dövriyyəsi və çoxillik əkmələr).