Qırğızıstanda Azərbaycanın turizm potensialı təbliğ olundu - FOTO

 17:32 28.09.2024     49

Sentyabrın 27-28-də Qırğızıstanın Oş şəhərində təşkil edilmiş 8-ci "Cənub-Ekspo 2024" və 4-cü "Qırğızıstan - Böyük İpək Yolunda" adlı beynəlxalq turist sərgi və yarmarkalarında Azərbaycan təmsil olunub.

Dövlət Turizm Agentliyindən Redaktor.az-a bildirilib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təmsilçiliyi ilə keçirilən sərgi və yarmarkalarda Azərbaycanın milli stendində mövcud turizm potensialımız təbliğ edilib.

Həmçinin sərgi çərçivəsində baş tutan investisiya forumu çərçivəsində təşkil edilən "Böyük İpək yolunda turizm" adlı plenar sessiyada Azərbaycan turizmi haqqında təqdimat olub.

Qırğızıstanda Azərbaycanın turizm potensialı təbliğ olundu - FOTO