Bu yolda işıqforlar işləmir - Sürücülərin DİQQƏTİNƏ

Hazırda paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforlar işləmir.
Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, buna səbəb ərazidə elektrik təchizatının kəsilməsidir:
“Problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə işlər görülür.
Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”.