Qadın dəm qazından boğularaq öldü

 09:00 03.10.2024     76

Yevlaxda qadın evində dəm qazından boğularaq ölüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qaramanlı kəndində qeydə alınıb.

Kənd sakini Sevgül Orucova yaşadığı evdə dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.