Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

 15:51 03.10.2024     193

Oktyabrın 4 və 5-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, sözügedən tarixlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Vumart və Güvən reklamı Vumart Güvən