"Cəbrayıl Azərbaycanın ən gözəl bölgələrindən birinə çeviriləcək" - Millət vəkili

 17:40 04.10.2024     260

2020-ci ilin 4 oktyabrı həm acı həm də xoş gün kimi yadda saxladı. Bir tərəfimiz Gəncənin düşmən tərəfindən ballistik raketlə vurulmasına görə pis olarkən, digər tərəfimiz Cəbrayılın azad olunmasına görə sevinirdi. Bəli, bu gün Cəbrayılın azad edilməsindən dörd il keçir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, hazırda Cəbrayıl abadlaşmaqda davam edir:

"Bu gün artıq Cəbrayılın işğaldan azad olunmasının dörd ili tamam olur. Cəbrayıl artıq azaddır. Cəbrayıllılar uzun illərdir bu günü gözləyirdilər və şükür ki, artıq bu gün gəlib çatdı. Üzərindən dörd il keçən müddətində Cəbrayılda çox böyük quruculuq, abadlıq işləri həyata keçirilib. Bu gün Cəbrayıl yenidən qurulur. Prezident İlham Əliyev də Cəbrayıla səfər etdi. Cənab Prezident yenidən bölgəyə səfər etdi və burada görülən işlərlə tanış oldu. Bu gün artıq Cəbrayılda əhali yeni binalara köçüb. Hətta bu il köç baş tutdu, cəbrayıllılara evlərin açarları verildi".

Millət vəkili hesab edir ki, Cəbrayıl Azərbaycanın ən gözəl bölgələrindən birinə çeviriləcək.

"Cəbrayılda böyük quruculuq və abadlıq işləri həyata keçirilir, məktəb açıldı, elektrik enerjisi qurulub, yüksək səviyyədə yollar tikilib inşa olunur. Bu gün Cəbrayıl bölgənin ən abad, ən gözəl ərazilərindən birinə çevrilib. Bütün işlər ən yüksək səviyyədə və qaydada həyata keçirilir. Bu gün Cəbrayıl da öz axarına qayıdacaq. Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə Cəbrayılın bütün kəndləri, əraziləri bərpa olunacaq. Ən əsas da cəbrayıllıların öz doğma yurduna köçməyi üçün lazımlı bütün addımları dövlətimiz atır. Artıq Cəbrayılın kəndləri qurulur, tikilir və yüksək səviyyədə işlər həyata keçirir. Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə Cəbrayıl Azərbaycanın ən gözəl bölgələrindən birinə çeviriləcək", - deyə Ceyhun Məmmədov bildirdi.

Türkan İSGƏNDƏRLİ