Kobud rəftar edən taksi sürücülərini kimə şikayət edək?

 12:58 07.10.2024     391

Taksi sürüclərinin fəaliyyəti ilə bağlı ölkədə bir çox tədbir həyata keçirilib. Hətta artıq onlar Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlara cəlb edilir. Bütün bunlara baxmayaraq, taksi sürücülərinin mədəniyyətsiz davranışlarından şikayətlər hələ də öz aktuallığını qoruyur. Sərnişinlə kobud rəftar, sükan arxasında siqaret çəkmək və s. bunlar sadəcə şikayətlərin bir qismidir. 

Bəs sərnişinlər bu cür sürücülərdən hara şikayət edə bilər?

Bununla bağlı nəqliyyat eksperti Rövşən Həsənov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu kimi sürcülərə qarşı mütəmadi olaraq mübarizə aparılır:

"İmtahan verdikdən, taksi fəaliyyətilə məşğul olmağa icazə verən lisenziyanı əldə etdikdən sonra belə, hansı struktur olmasına baxmayaraq, qayda-qanunlara riayət etməyən sürücülər tapılır. Bu cür hallarla bağlı sərnişinlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qaynar xəttinə, həmçinin 102 xidmətinə zəng edərək şikayət edə bilərlər". 

Paytaxtdakı avtobus zolaqları özlərini nə dərəcədə doğrulda bilir? –  “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Ekspertin sözlərinə görə, bəzi sərnişinlər də qarşı tərəfdə kifayət qədər qıcıq oyada bilirlər.

"Ümumiyyətlə, taksi sürücüləri ilə bağlı xoşagəlməz hallarla qarşılaşdıqda hər bir vətəndaş bunu sosial media hesablarında paylaşıb işıqlandırsa, görülən tədbirlərin gücləndirilməsinə kömək olar", - deyə Rövşən Həsənov qeyd etdi.

Sevinc İBRAHİMZADƏ