Bakının meyarı dəyişməlidir - Ekspert

 17:58 07.10.2024     281

Bakının ictimai nəqliyyat, velosiped yönümlü şəhərə çevrilməsi üçün xüsusi zolaqlar çəkilir, mobilliyin təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bəs bütün bu işlərin fonunda, həqiqətən, Bakını insan yönümlü şəhərə çevirmək mümkün olacaq?

Bununla bağlı nəqliyyat eksperti Aslan Əsədov Redaktor.az-a açıqlamasında bildirdi ki, Bakının insan yönümlü şəhər statusunu alması üçün mütləq şəhərin meyarı dəyişməlidir:

Velosiped və skuter istifadəçiləri piyadalara bərabər hesab edilir– Aslan  Əsədov (ÖZƏL) - TurkicWorld

"Bakı sənaye şəhəridir və həmişə sənaye şəhəri olaraq qalmaqda davam edəcək. Çünki iri müəssisələr, neft məhsullarının ixracatı və s. hamısı insanların aktiv həyat tərzi ilə bərabər, nəqliyyat vasitələrindən istifadə etməsini də özündə ehtiva edir. Yəni biz istəsək də, istəməsək də, ictimai nəqliyyatdan çox, şəxsi nəqliyyatımızdan istifadə etməyə nail olacağıq. Baxmayaraq ki, böyük işlər həyata keçirilir, maliyyə resursları hesabına müəyyən mühəndis işləri yenə də görülməyə davam edəcək. Avtobus və velosiped zolaqları salınır, amma eyni zamanda yeni avtomobil yollarının inşası real nəticələr əsasında görülən işləri özündə əhatə edəcək. Ona görə də biz deyə bilmərik ki, yüz faiz Bakı beynəlxalq rentabelli olan şəhərə çevriləcək".

Sevinc İBRAHİMZADƏ