Bakı-Sumqayıt yolu iflic OLDU

 08:08 08.10.2024     72

Bakı-Sumqayıt yolunda həmişə olduğu kimi, bu gün səhər saatlarında böyük tıxac yaranıb.

Redaktor.az
xəbər verir ki, sıxlıq Masazır dairəsindən üzü 20 Yanvar istiqamətində müşahidə olunur.

Qeyd edək ki, dünən axşam saatlarında isə 20 Yanvar dairəsindən üzü Sumqayıt istiqamətində böyük tıxac yaranıb və avtomobillərin hərəkəti iflic olub. Buna görə işdən çıxan vətəndaşlar adi günlərdən daha gec mənzil başına çata biliblər.

Vasif Əlihüseyn