Taksilərə kamera və ödəniş terminalları niyə qoyulmayıb? - Ekspert: "Ciddi nəzarət yoxdur"

 13:58 08.10.2024     383

Taksilərdə kameraların, məlumat lövhələrinin quraşdırılması ilə bağlı qanunlar olmasına baxmayaraq, hələ də taksilərdə bu mənzərə ilə qarşılaşmırıq. Hərçənd bu maddənin daxil olduğu qanun çoxdan qüvvəyə minib.  

Bəs nə üçün taksilərdə kameraların quraşdırılması ertələnib?

Bu barədə nəqliyyat eksperti Yasin Mustafayev Redaktor.az-a açıqlamasında bildirdi ki, taksi fəaliyyətilə bağlı qoyulan tələblərin tam üstünə düşməyiblər və ya tam icrası təmin edilməyib:

Yasin Mustafayev: Geniş ərazilərdə volosiped və parkinq zolaqlarının  çəkilməsinə cəhd olunur

"Hazırda taksi sifariş verdikdə yenə də baxırsan köhnə taksi gəlir, sürücülər, yaxud nəqliyyat vasitələri tələb olunan qaydada deyil. Eyni zamanda içəridə müəyyən məlumatverici lövhə olmalıdır və orada sürücünün adı, soyadı qeyd olunmalıdır. Həmçinin taksidə kamera və ödəniş terminalı olmalıdır. Təəssüf ki, onların hələ heç birini görmürük. Bunun səbəbi isə islahatların tədricən həyata keçirilməsidir. Düşünürəm ki, bu tələbləri formalaşdırana qədər müəyyən vaxt lazımdır. Yəni tez bir zamanda bütün bunların hamısını həyata keçirmək qeyri-mümkündür. Mən də şahidəm ki, hazırda qoyulan tələblərin çoxusu yerinə yetirilmir. Sifariş verilən taksi ilə gələn nəqliyyat vasitəsi tamamilə fərqli olur".

Ekspert qeyd etdi ki, hazırda taksi sürücülərinin fəaliyyətinə ciddi şəkildə nəzarət olunmur.

Sevinc İBRAHİMZADƏ