Qanunlarda "ər-arvad" sözlərini "həyat yoldaşı" ilə əvəz edək! - Deputat

 14:08 08.10.2024     504

Azərbaycan qanunvericiliyində "ər-arvad" sözlərinin "həyat yoldaşı" ifadəsi ilə əvəz edilməsi təklif olunur.

Redaktor.az xəbər verir ki, bu təkliflə parlamentin iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.

O qeyd edib ki, cəmiyyətdə "ər-arvad" sözündən az istifadə edilir:

"Anna Akopyan Şuşada uzanıb gülə-gülə bizə acıq verəndə "Paşinyanın arvadı" ifadəsini işlətdim. Buna görə məni tənqid etdilər. Halbuki Azərbaycan Prezidentinin maliyyə təminatı ilə bağlı qanun var, orada da Prezidentin əri, arvadı ifadəsi istifadə olunur".

Vumart və Güvən reklamı Vumart Güvən