Bakıda bu yollarda təmir işləri aparılır: Sürücülərin DİQQƏTİNƏ

 11:55 11.10.2024     95

Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi, metronun “20 Yanvar” stansiyası istiqamətində yaşayış binasında aparılan təmir işləri ilə əlaqədar avtobus zolağının müəyyən hissəsi qismən məhdudlaşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

"Bundan başqa, Nizami rayonu, Heydər Əliyev prospekti, mərkəz, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi, “Koroğlu” m/st istiqamətlərində yolda qısamüddətli təmir işləri aparılır. Sürücülərdən hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur", NİİM-dən bildirilib.

NİİM Bakıda bir neçə əsas yolda təmirlə bağlı sürücülərə müraciət edib  - FOTO