"Ağıllı su" sisteminin qurulmasına bu ərazilərdən başlanılacaq - AÇIQLAMA

 18:55 11.10.2024     258

Su qıtlığı ilə üzləşdiyimiz bir dövrdə, dünya buna qarşı mübarizə yollarını axtarır. Elə bu məqsədlə Azərbaycanda da  “Ağıllı su” sistemləri yaradılacaq.

Bu sistemin faydaları nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirdi ki, bu sistem su israfçılığının qarşısının almasına, suya qənaət olunmasına, ümumilikdə sudan düzgün istifadə edilməsinə yardım edəcək.

""Ağıllı su" sistemlərinin yaradılması mühüm idi. Bu su israfçılığının qarşısının almasına, suya qənaət olunmasına, ümumilikdə sudan düzgün istifadə edilməsinə yardım edəcək. Ölkəmizdə bunun necə qurulacağı ilə bağlı tam məlumat olmasa da, düşünürəm ki, digər ölkələrdəki kimi yox, özümüzə məxsus şəkildə hazırlanacaq. Düzdür bəzən yaxşı nəticə gözləsək də, bəzən əksi baş verə bilər. Ona görə də hansısa yenilik etməmişdən öncə insanları maarifləndirmək də lazımdır. Çünki yanlış istifadə zamanı israfçılıq baş verər və ya suyun az və ya çox verilməsi nəticəsində bitkilərə ziyan ola bilər. Ancaq "Ağıllı su" o yeniliklərdəndir ki, onun məqsədi də belə fəsadların qarşısını almaqdır. O özü suyun təzyiqini, verilməsini, vaxtını nizamlayır".

Ekoloqun sözlərinə görə, "Ağıllı su" sisteminin qurulmasına rayonlardan başlanılacaq.

"Ağıllı su sisteminin qurulması mən hesab edirəm ki, rayonlardan başlayacaq ki, suvarma suyu təchizatı, yağış sularının idarə olunması sistemlərinin qurulması, əkin sahələrinin suvarılmasında sınaqdan keçirilsin. Əgər uğurlu olarsa, Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərdə sensorlu su sisteminə keçmək lazımdır. Çünki su sistemi hamamlara və yaxud da digərlərinə də aiddir ki, su israf olunmasın. Onu deyə bilərəm ki, Bakı şəhərində bu sistemi qurmaq üçün böyük yatırım etmək lazımdır", - deyə Q.İbrahimli vurğuladı.

Türkan İSGƏNDƏRLİ