Toy karvanı qəza törətdi - Yaralanan var

 18:59 12.10.2024     99

Cəlilabadda toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki. APA-nın məlumatına görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində baş verib.

Toy karvanında qatılan "VAZ-21015" markalı minik avtomobili bəyin olduğu avtomobillə toqquşub. Qəza nəticəsində bir nəfər ağır bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.