Bəzi yollarda duman olacaq - XƏBƏRDARLIQ

Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq.
Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, oktyabrın 13-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.