Bu taksi şirkəti 20 min manat CƏRİMƏLƏNDİ

 16:38 14.10.2024     181

"Maxim" taksi sifarişi operatoru 20 000 manat miqdarında cərimələnib.

Bu barədə Redaktor.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər.

"BELLFAST BAKU” MMC ("Maxim" taksi sifarişi operatoru) AYNA tərəfindən cərimələnib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 326-2.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə şirkət barəsində AYNA tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edək ki, taksi sifarişi operatorlarının fəaliyyətinə AYNA tərəfindən nəzarət elektron qaydada həyata keçirilir.

Şirkətlər öz informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürürlər.