Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

 23:08 14.10.2024     67

Hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, sabah bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. Bununla əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.