Hacıqabulda su basmış ərazilərdə vəziyyət necədir? - AÇIQLAMA - VİDEO

 12:03 15.10.2024     131

İntensiv yağışlarla əlaqədar Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirləri görülür.

Redaktor.az FHN-ə istinadla xəbər verir ki, nazirliyin Muğan Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Hazırda əməliyyat davam etdirilir.