İntensiv yağış yağacaq, temperatur aşağı enəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sabah axşamdan oktyabrın 20-si gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.